PA işçiləri üçün daha bir yaşayış binası tikiləcək

PA işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Baxış sayı: 4. 086 dəfə baxılıb.

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni altı girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün üç hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

www.ÇıxışYolu.Com