PA-nın məsləhətçisi: Bakıda ermənilər sərbəst şəkildə yaşayır

PA-nın məsləhətçisi: Bakıda ermənilər sərbəst şəkildə yaşayır

Baxış sayı: 2. 255 dəfə baxılıb.

Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il – azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırım, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

“Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var. 

Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur”-deyən, C. Məmmədovun bildirdiyinə görə, Bakı şəhərində çoxlu sayda erməni sərbəst şəkildə yaşayır və onlarla azərbaycanlılar arasında heç bir konflikt yoxdur.

O qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb, Qarabağdakı məscidlər yerlə-yeksan edilib.

“Azərbaycanda isə erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur.

Biz Şuşadakı “Gövhər ağa” məscidinin təmirinin arxasında da siyasi məqsədlərin dayandığı çox yaxşı bilirik”, – deyə C. Məmmədov əlavə edib.

www.ÇıxışYolu.Com