PA: Qızıl Aypara Cəmiyyəti AXC-nin yadigarıdır

PA: Qızıl Aypara Cəmiyyəti AXC-nin yadigarıdır

Baxış sayı: 7. 666 dəfə baxılıb.

“Cümhuriyyət İli” ilə bağlı yaxın zamanlarda Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən deyib.

O qeyd edib ki, bu il Azərbaycan dövləti və dövlətçiliyinin tarixində çox mühüm ildir:

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 ili tamam olunur və bununla bağlı ölkə prezidenti tərəfindən Azərbaycanda  “Cümhuriyyət İli” elan olunub. Odur ki, yaxın zamanlardan etibarən Azərbaycanda bununla bağlı bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə artıq konkret addımlar atılır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz AXC-nin yadigarıdır. Düzdür, Cümhuriyyətimizin ömrü uzun çəkmədi və bu baxımdan, Qızıl Ayparanın da fəaliyyəti çox davam etmədi, o, sovet dönəmində başqa bir qurumun yerli filialı kimi fəaliyyət göstərdi.

Azərbaycan müstəqillik əldə etdikdən, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu təşkilat müstəqil təşkilat kimi fəaliyyət göstərməyə, inkişaf etməyə başladı.

Düşünürəm ki, Qızıl Aypara da ötən 98 illik fəaliyyətinə bir daha nəzər yetirmək üçün “Cümhiriyyət İli” çərçivəsində öz tədbirlərini keçirəcək və AXC-nin yüz illiyinə öz töhfəsini verəcək”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com