7c82ddfe-8716-4f47-a2c5-dec62b5f9268..jpg

PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”

Baxış sayı: 371 dəfə baxılıb.

PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son
mərhələdədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son
mərhələdədir”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri,
COP29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev məlumat verib.

Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan S.Nuriyev fəaliyyət
gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə
başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını,
xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq
nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.

S.Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə
görülmüş işlər barədə məlumat verib.

Source link