PA rəhbəri: Xaricə gedib Azərbaycanı hörmətdən salmağa çalışırlar - VİDEO

PA rəhbəri: Xaricə gedib Azərbaycanı hörmətdən salmağa çalışırlar – VİDEO

Baxış sayı: 2. 217 dəfə baxılıb.

Seçkilər yüksək səviyyədə keçir. Artıq saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.

“Bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq. Çünki Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib. Ölkəmizdə iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”, –  deyə PA rəhbəri bildirib.

Ramiz Mehdiyev təəssüf hissə ilə qeyd edib ki, bəzi Azərbaycanda böyük cinayət törədənlər şəxslər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər:

“Belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar. Belə halları çox pis qiymətləndirirəm”.

R. Mehdiyev deyib ki, normal adam bu yola düşməməlidir: 

“Daxildə müxalifət var. Bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışır. Heç bir millətin nümayəndələri bu yola düşməməlidir. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problem həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir”.

www.ÇıxışYolu.Com