f03fedea-6579-4980-a8e0-eeda6144749f..jpg

PA rəsmisi: “Kibertəhlükəsizlik üzrə indeksdə Azərbaycan 15 pillə irəliləyib”

Baxış sayı: 632 dəfə baxılıb.

PA rəsmisi: “Kibertəhlükəsizlik üzrə indeksdə Azərbaycan 15 pillə irəliləyib”

“Beynəlxalq Telekommunikasiya İttifaqının 2020-ci ildə hazırladığı sonuncu
Kibertəhlükəsizlik üzrə indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə
irəliləyərək 40-cı yerə yüksəlib”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri
Elmir Vəlizadə “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə
bağlı keçirilən konfransda bildirib.

“Müqayisə üçün qeyd edək ki, bu hesabatda İsrail 36-cı, İsveçrə 42-ci,
Gürcüstan 55-ci mövqedə yer tutub”, – deyə Elmir Vəlizadə vurğulayıb.

Source link