Pakistan antiterror əməliyyatı keçirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pakistan öz ərazisinin atəşə tutulmasına cavab olaraq Əfqanıstanın sərhəd
bölgələrində antiterror əməliyyatı keçirib.
Bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bugünkü əməliyyatın əsas hədəfi “Təhrik-e-Taliban Pakistan” qruplaşması ilə
birlikdə Pakistanda çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyan Hafiz Gül
Bahadur qrupunun terrorçuları olub. Həmin terror aktları nəticəsində yüzlərlə
mülki şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülüblər”, – deyə
məlumatda qeyd olunub.
Bildirilib ki, terrorçular respublikanın təhlükəsizliyinə ciddi təhlükə
yaradırlar.
“Pakistan Əfqanıstanın suverenliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verir.
Biz dəfələrlə Əfqanıstan hakimiyyətini ölkə torpaqlarından Pakistana qarşı
terrorizm məqsədilə tramplin kimi istifadə edilməməsi üçün konkret tədbirlər
görməyə çağırmışıq”, – deyə nazirlik vurğulayıb.
Mənbə: TASS