Pakistanın daxili işlər naziri Ahsan İkbal Pəncab vilayətində Naroval şəhərində sui-qəsd zamanı yaralanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Geo” TV məlumat yayıb.
Məlumata əsasən, hadisə mitinq zamanı baş verib.
DİN rəhbəri öz avtomobilində olarkən 20-22 yaşlı gənc ona atəş açıb.
Güllə nazirin sağ çiyninə dəyib, o, xəstəxanaya yerləşdirilib.
Hazırda Ahsan İkbalın vəziyyəti normaldır, onun yarası həyati təhlükə daşımır.
Nazirə atəş açan şəxs saxlanılıb, lakin hüquq-mühafizə orqanları onun adını açıqlamayıblar.