Pakistan Futbol Federasiyası Rusiya tərəfinin yoldaşlıq oyunu təklifindən
imtina edib.
Cixisyolu.com bu barədə “Geo TV”yə istinadən xəbər verib.
Rusiya tərəfi oyunu oktyabrın 11-də keçirməyi və qarşılaşmanın bütün
xərclərini öz üzərinə götürməyi təklif edib.
Lakin Pakistan oyuna hazırlaşmaq üçün vaxtın az olduğunu əsas gətirərək
oyundan imtina edib.