Pakistanda anomal istilər: 65 ölü

Pakistanda anomal istilər: 65 ölü

Baxış sayı: 2. 069 dəfə baxılıb.

Pakistanın Kəraçi şəhərində anomal isti hava şəraiti ilə əlaqədar üç gün ərzində 65 nəfər dünyasını dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Pakistan Today” məlumat yayıb.

Regiona daxil olmuş hərarət dalğasının qurbanları 6 -78 yaşları arasında olan vətəndaşlardır. Onların çoxu vaxtında tibbi yardım ala bilməyib və evdə keçinib.

Sinoptiklər yaxın günlərdə Kəraçiyə növbəti hərarət dalğasının daxil olacağını, temperaturun 40 dərəcəyə çatacağını xəbərdar edib.

.
www.ÇıxışYolu.Com