9bae1fec-954f-419e-8041-1fcb1cac5786..jpg

Pakistanda kamikadze hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb – YENİLƏNİB

Baxış sayı: 826 dəfə baxılıb.

Pakistanda kamikadze hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb – YENİLƏNİB

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 100
nəfərə çatıb.

Məlumata görə, terror aktı qurbanlarının əksəriyyəti hüquq-mühafizə
orqanlarının əməkdaşları olub.

Yaralıların sayı 200 nəfəri ötüb.

Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından
insanların xilas edilməsi əməliyyatı başa çatıb.

Mənbə: Reuters

11:30

Pakistanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışdan az sonra
200-dən çox zərərçəkən xəstəxanaya çatdırılıb, onlardan 100-ə yaxınının
müalicəsi davam edir, qalanları isə evə buraxılıb.

Hayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük
matəm elan edib.

09:32

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış
nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Daha 150 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze polis və hərbçilər
də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı
partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və
qurbanların sayı arta bilər. Partlayış zamanı məsciddə 500-ə qədər adamın
olması istisna edilmir.

Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” təşkilatı öz üzərinə
götürüb.

Mənbə: Geo.tv

Source link