ddce1c7f-7f8d-47c7-8f6a-343842a57edf.jpg

Pakistanda kömür mədəninə silahlı hücum: Çox sayda ölən var

Baxış sayı: 221 dəfə baxılıb.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində terror aktı baş verib.

Bu barədə Cixisyolu.com Associated Press-ə istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlılar kömür mədəninə silahlı hücum ediblər.

Nəticədə 20 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Ölənlər arasında mədəndə
işləyən qonşu Əfqanıstan vətəndaşları da var.

Bildirilir ki, faciə oktyabrın 10-da axşam saatlarında terrorçular mədən
ərazisinə basqın edib və bir yerə toplaşan mədənçiləri soyuqqanlılıqla
güllələyiblər.

Hələlik regionda fəaliyyət göstərən ekstremist qrupların heç biri bu vəhşi
cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib.

Maraqlıdır ki, mədəndə törədilən qanlı terror aktı Pakistanın paytaxtında
böyük təhlükəsizlik sammitinin keçirilməsinə bir neçə gün qalmış baş verib.

Source link