3c84507f-3e9c-45e4-8d7d-2512d48bd4cb..jpg

Pakistanda nazir qəzada öldü

Baxış sayı: 682 dəfə baxılıb.

Pakistanda nazir qəzada öldü

Pakistanda Dini İşlər və Dinlərarası Razılaşma naziri Əbdül Şakur yol
qəzasında ölüb.

Yerli KİV-in məlumatına görə, hadisə aprelin 15-də axşam saatlarında
İslamabadda baş verib. Nazirin maşını digər avtomobilə çırpılıb.

Əbdül Şakur ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas
etmək mümkün olmayıb.

Pakistan prezidenti Arif Alvi və baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə
bağlı başsağlığı verib.

Mənbə: Anadolu

Source link