Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.
“RİA Novosti” xəbər verir ki, canilər motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.
Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Hadisə ilə bağlı istintaq aparılır.
Kvetta – Əfqanıstan sərhədi yaxınlığında yerləşir və Belucistan vilayətinin ən böyük şəhəridir.