Pakistanda polis maşını partladıldı: 5 nəfər öldü, 34 yaralı var

Baxış sayı: 2. 478 dəfə baxılıb.

Pakistanda polis maşını partladıldı: 5 nəfər öldü, 34 yaralı var

Pakistanın Kvetta şəhərində bazarda partlayış olub.

Yerli “Dunya News” telekanalı bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub, daha 34 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Partlayışın məqsədi polis maşınının olduğu ehtimal edilir: o tamamilə məhv edilib.

Bundan əlavə motosikllərə, avtomobillərə və yaxınlıqdakı mağazalara da ziyan dəyib.