5404756f-91ba-47d0-8bf0-c35dcc3a1ca8..jpg

Pakistanda qayıq batdı: Azı 10 uşaq öldü

Baxış sayı: 735 dəfə baxılıb.

Pakistanda qayıq batdı: Azı 10 uşaq öldü

Pakistanın Heybər Paxtunxva əyalətinin Kohat bölgəsindəki Tanda gölündə qayıq
batıb.

Pəncab əyalətinin axtarış-xilasetmə xidmətinin sözçüsü Bilal Faizi qəzada ən
azı 10 uşağın öldüyünü açıqlayıb.

Onun sözlərinə görə, indiyədək 17 uşaq və 1 müəllimin xilas edilib. Uşaqlardan
4-nün vəziyyəti ağırdır. Onlar Kohat xəstəxanasına yerləşdirilib.

Qayıqda olanların 12-20 yaş arasında olduğunu deyən şagirdlərin göldə
ekskursiyaya çıxdıqlarını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, göldə axtarış-xilasetmə işləri 7
təcili yardım maşını, 4 qayıq, 2 xilasetmə maşını və 40-dan çox canlı qüvvə ilə
davam edir.

Mənbə: Haber Global

Source link