Pakistanın Kvetta şəhərində baş verən partlayış nəticəsində 22 nəfər həlak olub, 30 nəfər yaralanıb.
ÇıxışYolu.Com “Geo” TV-yə istinadla xəbər verir ki, partlayışı kamikadze törədib.
Qeyd edilib ki, partlayış seçki məntəqəsinin qarşısında baş verib.
Pakistanda iyulun 25-də parlamentin aşağı palatasına və əyalət assambleyasına seçkilər keçirilir.