4b959a2f-d4b4-4154-a423-0350e7dd1552..jpg

Pakistanda silsilə partlayışlar: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Baxış sayı: 1. 051 dəfə baxılıb.

Pakistanda silsilə partlayışlar: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində qumbaraatanlarla
edilən silsilə hücumlar nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı ölüb, 15 nəfər
yaralanıb.

Məlumata görə, son sutka ərzində əyalətdə beş belə terror aktı qeydə alınıb.
Hücumların hədəfinin insident bölgələrindəki Pakistanın hüquq-mühafizə və
təhlükəsizlik qüvvələrinin üzvləri olduğu iddia edilir.

Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücumlara görə
məsuliyyəti üzərinə götürməyib.

Mənbə: TASS

Source link