Pakistanda “X” platformasının bağlanmasının səbəbi açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Pakistanda fevralın 17-də tətbiq edilən və bu günə qədər davam edən “X”
sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması milli təhlükəsizlik
məqsədi ilə həyata keçirilib”.
Bu barədə İslamabad Ali Məhkəməsinə daxili işlər naziri Xürrəm Ağanın təqdim
etdiyi hesabatda qeyd olunub.
“X” sosial şəbəkə platformasının Pakistan hökumətinin qanuni direktivlərinə
əməl etməməsi və platformadan sui-istifadə hallarını aradan qaldırmaması
qadağanı zəruri edib. Bu, milli təhlükəsizlik, ictimai asayişin və milli
bütövlüyünün qorunması üçün edilib”, – deyə sənəddə bildirilib.
Qeyd edilib ki, sosial şəbəkəyə qoyulan qadağa Pakistanın kəşfiyyat və
təhlükəsizlik orqanlarının məxfi hesabatları əsasında tətbiq edilib.
Mənbə: TASS