Pakistanın baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı
dəstəkləyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin
Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.
“Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi
əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk.
Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik”, – o
bildirib.