0b48058e-d6ec-4a31-a152-afc821c0888b..jpg

Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Baxış sayı: 435 dəfə baxılıb.

Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

AZƏRTAC

xəbər verir ki, Pakistanın baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin
başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
bildirib, öz növbəsində bayram münasibətilə Məhəmməd Şahbaz Şərifi təbrik
edərək Pakistan xalqına ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi yenidən Pakistan
İslam Respublikasının baş naziri vəzifəsinə seçilməsi münasibətilə bir daha
təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Pakistanın baş naziri də İlham Əliyevə prezident seçkisində qələbəsi
münasibətilə bir daha təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində
uğurlar diləyib.

Azərbaycan Prezidenti və Pakistanın baş naziri ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik
ifadə edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Source link