Pakistanlı nazirlər maaşlarından imtina etdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və
müavinətlərindən könüllü olaraq imtina ediblər.
Buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin
qənaət tədbirləri olub.
Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və
müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi
ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, – deyə o bildirib.
Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi
Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və
Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri
olub.
Mənbə: “Pakistan Today”