Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli
aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi
sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən
ictimai dinləmələrdə bildirib ki, bu günədək ölkədə istehsal olunan, eləcə də
idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə
heç bir uyğunsuzluq aşkar edilməyib.
Açıqlama illərlə müzakirə olunan palma yağının təhlükəli olması barədə mövzunu
yenidən aktuallaşdırıb.
ARB telekanalının efirində müzakirə olunan məsələyə münasibət bildirən qida
mütəxəssisi Ağa Salmanov deyib ki, palma yağının ölkəyə gətirilməsi qadağan
olunmalıdır.
Onun fikrincə, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün
təhlükəli məhsuldur.
“Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli
olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və
nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin,
xəstəliklərin meydana gəlməsinə səbəb olur”.
Mütəxəssis qeyd edib ki, transyağlar təkcə palmadan deyil, günəbaxan və
qarğıdalıdan da əldə olunur.
Ətraflı videosüjetdə: