Panama sahillərində Rixter şkalası ilə 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 5 nəfər xəsarət alıb.
Bu haqda RİA Novosti Panamanın mülkü müdafiə qüvvələrinə istinadən xəbər verir.
Zəlzələdə xəsarət alanlar arasında 2 azyaşlı uşaq da var. Təbii fəlakət nəticəsində 4 ev sökülüb.
Zəlzələnin episentri David şəhərindən 49,2 km cənub-şərqdə 19 km dərinlikdə qeydə alınıb.