408d01c1-629e-4105-9e20-bde8add9194b..jpg

“Papanin” və “Kubinka”da narkotiklə bağlı 13 nəfər saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 1. 011 dəfə baxılıb.

“Papanin” və “Kubinka”da narkotiklə bağlı 13 nəfər saxlanılıb – FOTO/VİDEO

“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, həmçinin gənclər
arasında təbliği ilə məşğul olan 13 nəfər saxlanılıb.

DİN-dən Cixisyolu.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində –
Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində
növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda
narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən 13 nəfər
saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək,
metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt
ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat
nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında
narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə
göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link