Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ: sunami təhlükəsi var

Baxış sayı: 2. 858 dəfə baxılıb.

Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ: sunami təhlükəsi var

Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib.

Bununla bağlı “Haber7” ABŞ Geoloji Araşdırmalar İdarəsinə istinadən məlumat yayıb.

Zəlzələnin ardınca sunami təhlükəsi elan edilib.

Məlumata görə, zəlzələ ölkənin şərqində yerləşən Kokopo şəhərindən 47 km aralıda, yerin 10 km dərinliyində qeydə alınıb.

Ölən və yaralılar barədə hələlik məlumat açıqlanmayıb.

Papua-Yeni Qvineya Sakit Okean boyunca uzanan “Sakit Okean Alov Halqası”nın üzərində yerləşir. Dünyada ən çox zəlzələnin qeydə alındığı halqada, eyni zamanda, onlarla vulkan var.