ABŞ-ın “Paramount TV” kino şirkətinin rəhbəri Emi Pauell irqçi çıxışlarına görə vəzifəsindən uzaqlaşdırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu addımı labüd edən hadisə əsasən qaradərili aktyorların yer aldıqları “İlk həyat yoldaşları klubu” komediyasının rimeykinin müzakirəsi zamanı baş verirb.
Pauell qaradərili qadınlar haqqında ümumiləşdirilmiş fikir söyləyib. Bu isə iştirakçılar tərəfindən təhqir kimi qiymətləndirilib.
Pauellin həmkarları kadrlar şöbəsinə şikayətlə müraciət ediblər və məhz bundan sonra daxili tədqiqat aparılıb.
Emi Pauell bu vəzifədə 5 il çalışıb. Mənbələrin məlumatlarına görə, onun işdən qovulmasına əsas səbəb isə ittihamları qətiyyətlə rədd etməsi olub.