Paraqvayda təyyarə qəzası: Nazir və müavini öldü

Baxış sayı: 2. 106 dəfə baxılıb.

Paraqvayda təyyarə qəzası: Nazir və müavini öldü

Paraqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Luis Qneytinq yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.

ÇıxışYolu.Com “La Nacion” nəşrinə istinadla xəbər verir ki, göyərtəsində yüksək vəzifəli məmurların olduğu layner Ayolas şəhərindən havaya qalxdıqdan üç dəqiqə sonra radarlardan itib. 

Nazirlə yanaşı, təyyarədə müavini Vinsent Riqoberto, məmur Luis Eladio və pilot Xerardo Kaetano da olub. Onlar Paraqvayın paytaxtı Asunsona doğru uçurmuşlar. 14 saat davam edən axtarışlardan sonra təyyarənin qalıqları aeroportun altı kilometrliyində aşkar edilib. 

İlkin ehtimallara görə, hadisəyə səbəb kimi texniki nasazlıq olub. Bütün sərnişinlər və pilot ölüb.

www.ÇıxışYolu.Com