7f2bb60d-0609-4118-8bf4-a0c79e5953dd..jpg

Parçalanmış dünyanı bərpa etmək istəyənlər Bakıda toplaşdılar – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Parçalanmış dünyanı bərpa etmək istəyənlər Bakıda toplaşdılar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu həftə Azərbaycan artıq ölkəmizdə keçirilməsi ənənə halını alan daha bir
mötəbər tədbirə ev sahibliyi etdi. XI Qlobal Bakı Forumu növbəti dəfə dünyanın
müxtəlif düşüncə, siyasət və ictimaiyyət təmsilçilərini bir araya topladı.

“Kaspi”

qəzeti foruma həsr olunmuş məqalə dərc edib:

“Parçalanmış dünyanın bərpası”

Forumun mövzusu xüsusilə diqqət çəkdi – “Parçalanmış dünyanın bərpası”. Əgər
beynəlxalq aləmdə baş verən proseslərə nəzər salsaq görərik ki, dünya həqiqətən
parçalanıb, hər yerdə ciddi çağırışlar var. Belə bir zamanda bütün bəşəriyyəti
düşündürən mövzular, çağırışlar və təhdidlər ətrafında müzakirələr aparılması,
çıxış yolları aranması Qlobal Bakı Forumunun nə dərəcədə mühüm əhəmiyyət
daşıdığını ortaya qoyur. Forumun açılışında çıxış edən Prezidentİlham Əliyev də
bu məsələyə xüsusi toxunub. “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu,
Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir
cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların
siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən
müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan
verir”, – dövlət başçısı bildirib.

Forumun əhəmiyyətini göstərən digər bir amil orada iştirak edən qonaqların
sayı və əhatə coğrafiyasıdır. Belə ki, XI Forumda 68 ölkədən 400-dən çox qonaq
iştirak edib. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət
başçıları var. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, həqiqətən də
Forumun nəhəng intellektual potensialına dəlalət edir.

Dünyaya nümunə ola biləcək təcrübə

XI Qlobal Bakı Forumunu əvvəlki analoji tədbirlərdən fərqləndirən digər bir
xüsusiyyət bir il ərzində bölgəmizdə baş verən geosiyasi dəyişikliklərdir. Belə
ki, bu müddət ərzində Azərbaycan beynəlxalq hüquqla tanınan suveren
ərazilərində nəzarəti tam olaraq bərpa etdi. Antiterror tədbirlərinin nəticəsi
olan bu addım ölkəmiz üçün böyük əhəmiyyət daşısa da, dünya miqyasında çox
kiçik görünə bilər. Lakin onun beynəlxalq aləm üçün nəticələri dünyadakı
analoji münaqişələrin həlli baxımından çox böyük təcrübə və nümunədir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Bu, həqiqətən də çox ciddi
geosiyasi dəyişiklikdir ki, fikrimcə, həll olunmayan kimi görünən münaqişələrin
həllinə çox müsbət təsir göstərəcək”.

Anti-Azərbaycan qüvvələrə tutarlı cavab

XI Qlobal Bakı Forumu həm də ölkəmizə qarşı bir sıra qüvvələrin
anti-Azərbaycan kampaniyasını tam sürətlə davam etdirdiyi bir vaxta təsadüf
etdi. Forumdan bir gün öncə Cənubi Qafqazda münaqişənin yenidən
alovlandırılmasının təkanverici qüvvəsi rolunda çıxış edən Avropa Parlamenti
yenidən Bakını hədəfə alaraq qətnamə qəbul etdi. Qərbdəki ikili standartlara
xidmət edən, erməni lobbisinin maliyyəsinin quluna çevrilənlərin cavabını
Azərbaycan elə məhz XI Qlobal Bakı Forumu kimi mötəbər tədbiri təşkil etməklə
vermiş oldu. “Parçalanmış dünyanın bərpası” kimi qlobal mahiyyət daşıyan bir
mövzunu gündəmə gətirməklə həm də bu qüvvələrə yenidən mesaj ünvanladıq. Bakı
sülh istəyir, Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişafın
tərəfdarıdır.

Fransanın ikiüzlü siyasətinin ifşası

XI Qlobal Bakı Forumu həm də dünyaya mesajların ötürülməsi, rəsmi Bakının
cərəyan edən proseslərlə bağlı baxışlarının beynəlxalq aləmə çatdırılması,
həqiqətləri söyləməsi üçün də mühüm platforma sayılır. Dövlət başçısının
Forumda çıxışı zamanı dünyanın diqqətinin Bakıya yönəldiyi bir vaxtda Fransanın
Azərbaycanla bağlı anlaşılmaz və xəstə təxəyyülün məhsulu olan siyasətini ifşa
etməsi xüsusilə önəmlidir. Prezident antiterror əməliyyatlarından sonra
göstərilən beynəlxalq reaksiyaya diqqət çəkib: “Burada beynəlxalq reaksiya
haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu
mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə
Fransadır”. Prezident Parisin beynəlxalq səviyyədə ölkəmizə qarşı sanksiya
cəhdlərinin uğursuzluğa düçar olmasından sonra baş verənləri normal dərk
etməyin mümkün olmadığı qənaətindədir: “Fransada, Azərbaycanın şəhərlərinin
biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan
şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki
qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş
etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT
Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq
cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı
yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə
bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı”. Bunu vandalizm aktı adlandıran
Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda özünü mənəvi lider kimi
qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.

Belə bir mötəbər tədbirdə Fransanın ikiüzlü siyasətinin ifşası növbəti dəfə
Parisin Azərbaycanın diplomatik uğurları qarşısında acizliyinin göstəricisi
kimi dəyərləndirilə bilər.

“Müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik”

Qarşıda bizi daha bir möhtəşəm beynəlxalq tədbir gözləyir. Azərbaycan COP29-a
ev sahibliyi edəcək. 80 minə yaxın xarici qonaq Bakıya təşrif buyuracaq. Dövlət
başçısının da vurğuladığı kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin
yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir: “Beləliklə, birincisi, COP29
bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən
asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30
ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə
bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik
sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9
üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən
çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz
müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim
məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var”.

Source link