e3dc58f3-2058-43ae-8b71-770f2c160c5d..jpg

Parisdə Azərbaycanın tanınmış skripkaçısının konserti keçirilib – FOTO

Baxış sayı: 838 dəfə baxılıb.

Parisdə Azərbaycanın tanınmış skripkaçısının konserti keçirilib – FOTO

Fransanın paytaxtı Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA)
toplantısı və Azərbaycanın tanınmış skripkaçısı, bəstəkar və dirijor Anar
İbrahimovun konserti keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin
dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə
keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin
Fransadakı səfiri Ali Onaner, Azərbaycanın Dostları Assosiasiyasının (ADA)
vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, ADA-nın fəxri
prezidenti Jan Fransua Mansel, incəsənət xadimləri, yerli jurnalistlər və digər
şəxslər iştirak ediblər.

Tədbiri ADA-nın baş katibi Mirvari Fətəliyeva açaraq Assosiasiyanın 2022-ci
ildə həyata keçirdiyi layihələr və 2023-cü ildə nəzərdə tutulmuş layıhələr
haqqında məruzə edib.

Leyla Abdullayeva Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən tərəfindən
yaradılmış, hazırda sabiq deputat Jerom Lamberin rəhbərliyi altında fəaliyyət
göstərən Asossiyasoyanın fəaliyyətinin dəyərləndirdiyini bildirib.

Səfir hər iki ölkə arasında körpü rolu oynayan, ADA nın Azərbaycanın
tarixininin, mədəniyyətinin fransız ictimaiyyətinə çatdırılmasında gördüyü
işlərin əhəmiyyətini vurğulayıb. L.Abdullayeva xüsusilə ADA üzvlərinə
Azərbaycan xalqının çətin anlarında dəstəyini əsirgəmədikləri üçün təşəkkürünü
bildirib.

ADA-nın idarə heyətinin üzvü Jerom Begən Asossiasiyanın üzvlərinə son dövrlər
Azərbaycanda baş verən siyasi və ictimai vəziyyət haqda, qurumun fəaliyyətinin
genişləndirməsi məqsədi ilə 2023 cü ildə Azərbaycanın zəngin mədəniyyətini
tanıtmaq üçün Fransanın müxtəlif regionları ilə sıx əlaqələr qurulması barədə
danışıb.

Azərbaycanlı skipkaçı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Tamara
İbrahimovanın, dünya bəstəkarlarından Edvard Edqar, Antonyo Vivaldinin və eləcə
də Azərbaycanın mədəniyyət beşiyi Şuşaya həsr etdiyi əsərini ifa edib. Anar
İbrahimovu pianoda Anastasiya Avdejeva Bramo müşayiət edib.

Source link