f464ae3c-3fba-4fdd-b778-45c789d112ee..jpg

Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans keçirilib – FOTO

Baxış sayı: 485 dəfə baxılıb.

Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans keçirilib

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh
perspektivləri: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan üç il
sonra çağırışlar və imkanlar” adlı konfrans keçirilib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” səhifəsində
paylaşım edib.

Tədbirdə Fransa ilə münasibətlərə toxunulub, ikitərəfli əməkdaşlığın
perspektivləri diqqətə çatdırılıb. Azərbaycanla bağlı, eləcə də regiondakı
həqiqətlərin fransız ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açılıb,
davamlı sülhün bərpasının vacibliyi vurğulanıb.

L.Abdullayeva Azərbaycanın rəsmi mövqeyindən, Ermənistanla münasibətlərin
normallaşması, eləcə də bölgədə sülh quruculuğu istiqamətində görülən işlərdən,
azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma prosesindən danışıb, regionun
gələcəyi ilə bağlı ölkəmizin baxışlarını bölüşüb.

Je remercie tous les participants de la conférence d’aujourd’hui –
académiciens, experts, journalistes, politiciens pour leur contribution aux
débats autour de «Les perspectives de la paix dans le Caucase du Sud».
L’opinion partagée: la#paix
est nécessaire!
pic.twitter.com/MPlsDAycdJ
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) November 15, 2023

Source link