f1291920-68fe-4b2e-acb7-de2354ec7849..jpg

Parisdə dəmiryol vağzalında silahlı hücumun təfərrüatı məlum olub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Parisdə dəmiryol vağzalında silahlı hücumun təfərrüatı məlum olub – YENİLƏNİB
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə (Fransa) dəmiryol vağzalında silahlı hücumun bəzi təfərrüatı məlum
olub.

Polisin verdiyi məlumata görə, saat 07:45-də (Bakı vaxtı ilə 10:45 – red.)
Lion stansiyasında sərnişinlərə hücum edən şəxs Malidən olan evsiz afrikalıdır.
O, bıçaq və çəkiclə silahlı olub. Hücumçu üç nəfəri yaralayıb. Xəsarət
alanlardan birinin vəziyyəti ağır olsa da həyatının təhlükədə olmadığı deyilir.

Ruhi xəstəlik əlamətləri olan 32 yaşlı kişi stansiyanın mühafizəçiləri
tərəfindən ram edilib və polisə təhvil verilib. Onun üzərində tapılan yeganə
sənəd İtaliyada verilmiş sürücülük vəsiqəsi olub.

Cinayətin motivləri hələlik məlum deyil, terror aktı versiyası hazırda
nəzərdən keçirilmir.

Mənbə: AFP

12:59

Fransa paytaxtında insanlara bıçaqlı hücum olub.

Bu barədə yerli hüquq-mühafizə orqanından bildirilib.

Hadisə Parisdə dəmiryol vağzalında (hansı olduğu açıqlanmır) baş verib. İlkin
məlumatlara görə, azı üç nəfər yaralanıb.

Hücum edən şəxsin saxlanıldığı bildirilir.

Mənbə: Agence France-Presse

Source link