Parisdə dövlət islahatları iğtişaşlara yol açdı – VİDEO

Parisdə dövlət islahatları iğtişaşlara yol açdı – VİDEO

Baxış sayı: 3. 766 dəfə baxılıb.

Fransanın paytaxtında dəmiryolçuların etiraz aksiyası kütləvi iğtişaşlara çevrilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat  yayılıb.

Əsasən gənclərdən ibarət üzü maskalı etirazçılar yürüş etdikləri küçədə mağazaların və ofislərin şüşələrini qırıb, zibil yeşiklərini boşaldaraq küçənin ortasında tonqallar qalayıb.

Təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsindən sonra etirazçılar polis əməkdaşlarının üzərinə şüşə qablar və alışqan materiallar atıb.

Fəallar Fransanın milli dəmiryolları şirkəti ilə bağlı nəzərdə planlaşdırılan islahatlara etiraz edir. Dəmiryolu islahatlarnda sektora yeni rəqib şirkətlərin daxil edilməsi və dəmiryolçuların bir sıra dövlət lüqotlarından məhrum edilməsi nəzərdə tutulur.

Ümunilikdə prezident Emanuel Makronun əmək istlahatlarına qarşı kütləvi aksiyaya bələdiyyə işçiləri və tələbələr də qoşulub.

Həmkarlar ittifaqının elan etdiyi üç aylıq tətilin, Fransada dəmiryolu nəqliyyatını iflic edəcəyi gözlənilir.

.
www.ÇıxışYolu.Com