ed22d9dc-b449-448a-b8ba-2007d2081ed9..jpg

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib – FOTO

Baxış sayı: 321 dəfə baxılıb.

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd
edilib.

“Report” xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət
Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Avropanın
müxtəlif ölkələrində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sonu yaxınlaşmaqda olan
2023-cü ilin xalqımız üçün xüsusən əlamətdar olduğunu, ölkəmizin suverenliyinin
bərpa edildiyini vurğulayıb. Bu tarixi hadisənin xalqımızın möhkəm iradəsi,
Azərbaycan əsgərinin qəhrəmanlığı və ölkə Prezidentinin müdrik siyasəti
sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanın Fransada təbliği və təşviqinində rolu olan hər kəsə
minnətdarlığını bildirib və ölkəmizə dair həqiqətlərin yerli ictimaiyyətə
çatdırılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman
Abdullayev xalqımızın tarix boyu hər bir çətinlikdən üzüağ çıxdığını və
çətinliklərə baxmayaraq hər zaman uğurlara imza atdığını xatırladıb. O,
mədəniyyətin sərhədinin olmadığını və heç kimin Azərbaycan mədəniyyətinin
xarici ölkələrdə təbliğatının, təşviqatının qarşısını ala bilməyəcəyini diqqətə
çatdırıb.

Tədbirin bədii hissəsində xanəndə, müğənni, Azərbaycan Respublikasının Əməkdar
artisti İlkin Əhmədovun ifasında xalq musiqilərimiz səsləndirilib. Azərbaycanın
milli rəqslərimiz ifa olunub.

Tədbirdə Parisdə fəaliyyət göstərən “Natəvan məktəbi”nin və Nant şəhərində
fəaliyyət “Qarabağ məktəbi”nin şagirdləri də musiqi proqramı ilə çıxış ediblər.

Source link