Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın paytaxtı Parisdə mayın 15-də “Beynəlxalq Enerji Agentliyi
(IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.
“Report” xəbər verir ki, İEA-nın icraçı direktoru Fatih Birol sosial
şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və
COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib.
“COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu
nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni
töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə
“IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə
gözləyirik”, – o qeyd edib.