78b64c56-a463-4215-93ce-989dfabb3373..jpg

Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var – VİDEO

Baxış sayı: 2. 911 dəfə baxılıb.

Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var – VİDEO

Çərşənbə axşamı Parisdə pensiya islahatına qarşı keçirilən ümummilli tətil
zamanı iğtişaşlar baş verib.

Məlumata görə, Port-Royal bulvarı ərazisində “sarı jiletlilər” hərəkatının
təşkil etdiyi nümayiş zamanı bir qrup şəxs polisə şüşələr, həmçinin partlayıcı
maddələr atmağa başlayıb.

Etirazçılar həmçinin reklam lövhələrini və avtobus dayanacaqlarını
sındırıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə
edib.

Mitinq iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

Ümumilikdə, çərşənbə axşamı Fransada hazırda parlamentdə müzakirə olunan
hökumət layihəsinə qarşı 260-dan çox nümayiş keçirilir. Qanun layihəsi 2030-cu
ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı, həmçinin minimum pensiyanın
1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bir sıra xüsusi
pensiya rejimlərinin ləğvini nəzərdə tutur.

Mənbə: TASS


Source link