Parisdə həmkarlar ittifaqlarının Makron hökumətinə qarşı keçirdiyi kütləvi etiraz aksiyasında iğtişaşlar yaşanıb.
ÇıxışYolu.Com “France Info”ya istinadən xəbər verir ki, toqquşmalardan sonra polis yeddi fəalı saxlayıb.
Məlumata əsasən, aksiyanın gedişində üzləri maskalı və qara geyimdə olan gənclər ətrafdakı iaşə və ticarət obyektlərinin şüşələrini qırıb və polisi güc tətbiq etməyə vadar edib.
Asayış keşikçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.
Qeyd edək ki, Fransanın ən iri həmkarlar ittifaqları ölkədə iş yerlərinin ixtisarı, maaşların indeksləşdirilməsinin dondurulması və ali məktəblərə qəbulun məhdudlaşdırılmasına etiraz edir.
Aksiyaya həkimlər, müəllimlər, təqaüdçülər və tələbələr də dəstək olub.