be508c4b-8de3-44ce-88a1-8375aa20b493..jpg

Parisdə Olimpiada üçün terrora qarşı “güclü” təhlükəsizlik tədbirləri: Sistem dronla ventilyatoru qarışdırır

Baxış sayı: 614 dəfə baxılıb.

Parisdə Olimpiada üçün terrora qarşı “güclü” təhlükəsizlik tədbirləri: Sistem
dronla ventilyatoru qarışdırır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa hökumətinin Paris Olimpiya Oyunlarında istifadə etmək niyyətində olduğu
“Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi üç pilotsuz uçuş
aparatından (PUA) yalnız birini aşkar etməyə qadirdir.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə ekspertlər “The Times” qəzetinə
müsahibəsində xəbərdarlıq ediblər.

Mütəxəssislər bildiriblər ki, “Thales” şirkəti tərəfindən hazırlanan və 350
milyon avro (640,7 milyon manat) dəyərində olan sistem nəinki PUA-ların
hamısını aşkar edə bilmir, həm də ventilyatorları dronlarla səhv salır. Bu,
PUA-dan istifadə etməklə terror hücumu riskini artırır.

Qeyd olunub ki, “Parade” sistemi 2023-cü ildə Reqbi üzrə Dünya Kuboku zamanı
təhlükəsizliyi təmin etmək üçün istifadə olunub. Həmin vaxt müvafiq icazə
olmadan dronlardan istifadə ilə bağlı 55 fakt müəyyən edilib. Ancaq onların
neçəsinin ventilyator olduğu barədə açıqlama verilməyib.

Source link