9b62dcfa-1b21-4dfd-b04c-fa268e30b180..jpg

Parisdə on minlərlə insan Makronun istefasını tələb edib – VİDEO

Baxış sayı: 928 dəfə baxılıb.

Parisdə on minlərlə insan Makronun istefasını tələb edib – VİDEO

Fransanın paytaxtında pensiya islahatına qarşı dördüncü ümummilli nümayiş
keçirilir. Aksiyaya onminlərlə insan toplaşıb.

Respublika meydanından yürüşə başlayan nümayişçilər axşam saatlarında Millət
Meydanına çatıblar. Yol boyu baş verən iştişaşlarda polis nümayişçilərə qarşı
gözyaşardıcı qazdan istifadə edib.

Aksiyanı Fransa həmkarlar ittifaqları təşkil edib. Tədbir iştirakçıları
prezident Emmanuel Makronu istefaya çağıran bannerlər daşıyıblar. Onlar pensiya
yaşının artırılmasının ləğvini tələb edən şüarlar səsləndiriblər.

Nümayişlər ölkənin hər yerində, o cümlədən Marsel, Lion, Bordo, Nantda
keçirilib. Bütövlükdə şənbə aksiyalarında bir milyona yaxın insan iştirak edib.

Qeyd edək ki, yanvarın 10-da Fransa hakimiyyəti pensiya islahatı layihəsini
təqdim edib. Sənəsə əsasən pensiya yaşının tədricən artırılması nəzərdə
tutulur. 2030-cu ilə qədər onun 64 yaşa çatacağı gözlənilir.

Mənbə: iz.ru


Source link