6c56f1a2-0370-4791-950e-936525042b6d..jpg

Parisdə polis nümayişçini huşunu itirənə qədər döydü – VİDEO

Baxış sayı: 889 dəfə baxılıb.

Parisdə polis nümayişçini huşunu itirənə qədər döydü – VİDEO

Fransada hüquq-mühafizə orqanları əməkdaşının aksiyaçını huşunu itirənə qədər
döyməsi barədə görüntülər yayılıb. Kadrlar Parisdə qeydə alınıb. Videoda
polisin nümayişçilərdən birini yumruq və təpiklə döyməsi, sonra isə bütün
bunları qeydə alan digər etirazçıya hücumu qeydə alınıb.

Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində
nümayişlər keçirilir. Bu günə kimi aksiyalarda 200-dən çox etirazçı saxlanılıb.

Pensiya islahatlarına dair qanuna əsasən,
pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum
pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi
xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.

Mənbə: İzvestiya


Source link