Parisdə insanlara hücum edən gəncin adı açıqlanıb. O, Həmzət Əzimovdur.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, məlumata əsasən Əzimov 1997-ci ildə Çeçenistanda doğulub, 2010-cu ildə Fransa vətəndaşlığı alıb.
Polis onun valideynlərini də saxlyıb. Hazırda onlar dindirilir.
“Europe 1” məlumatına əsasən, gənc oğlan Xüsusi Xidmət Orqanının diqqətində olub. Çünki Əzimovun radikal islamçılarla və Suriyada olan bəzi şəxslərlə əlaqəsi olub.
11.35
Parisin mərkəzində insanlara hücum edən şəxs 20 yaşlı Çeçen vətəndaşı olub.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, onun üzərində sənəd olmayıb, lakin polis əl izlərindən onun şəxsiyyətini müəyyən edə bilib.
Şahidlərin sözlərinə görə, o, hücum zamanı “Allahu əkbər” qışqırıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
RLT radiostansiyasının məlumatına əsasən, onun valideynləri də saxlanılıb.