5f24d69b-f019-4267-a9f3-68bc55a41bf0..jpg

Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı – VİDEO

Baxış sayı: 551 dəfə baxılıb.

Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs rayon
ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq
zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və
bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də
soyğunçuluq əməlinə görə məhkum olunmuş Emil Məsimov saxlanılıb. Dindirmə
zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum
olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Source link