Parlament gələn il üçün ehtiyac meyarının həddini qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün ehtiyac meyarının
həddi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
“Report”un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət
komitəsinin sədri Musa Quliyev təqdim edib.
Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə
növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.