34e539b6-8092-4133-a6a7-a46cbba445e2..jpg

Parlament sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılmasını təsdiqlədi

Baxış sayı: 766 dəfə baxılıb.

Parlament sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılmasını
təsdiqlədi

Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il
yanvarın 1-nə qədər uzadılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin
bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, hazırkı qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların
dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişikliklə yaxın 1
ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla
bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
məhdudiyyət nəzərə alınmaqla aparılır.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş
Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun
tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti
orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında
şikayət verə bilər.

Source link