Parlamentdə “örüş yeri” müzakirəsi

Parlamentdə “örüş yeri” müzakirəsi

Baxış sayı: 2. 088 dəfə baxılıb.

Torpaqların hamısı icarəyə verilib, bəs mal-qaramızı harada otaraq?

ÇıxışYolu.Com xəbər verir ki, bu sualla parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Torpaq icarəsi haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı cəmiyyətdə yaranan narazılıqlara cavab verərkən çıxış edib. 

Komitə sədri bildirib ki, mal-qaranın otarılması, örüş yerləri məsələsi ilə bağlı narazılıqlar yaranıb:

“Qanunda var ki, dövlət əhəmiyyətli torpaqlar sahibləri tərəfindən istifadə olunmursa, icarəyə verilməlidir.

Bu problem müvafiq icra hakimiyyətinin işidir. Onlar bunu tənzimləməlidir. Həqiqətən də, torpaqlar icarəyə verildiyi üçün insanlar mal-qarasını otarmaq üçün yer tapmır. Bu məsələlərə hökumətdə baxılır. İnanıram ki, müsbət həllini tapacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com