35e909c6-9354-4d3d-916d-99c4b4f2602a..jpg

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi – SİYAHI

Baxış sayı: 613 dəfə baxılıb.

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin növbəti iclası martın 29-da keçiriləcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat
yayıb.

Məlumatda bildirilib ki, iclasın gündəliyinə 21 məsələ daxildir.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanun
layihəsi (ikinci oxunuş).

2. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli
471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

3. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının
qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
(üçüncü oxunuş)

4. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

5. “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsi (üçüncü oxunuş)

6. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi
(üçüncü oxunuş)

7. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
(üçüncü oxunuş)

8. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsi (üçüncü oxunuş)

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
(üçüncü oxunuş)

10. “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında
qanun layihəsi

11. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

13. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər
haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar
haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

16. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”,
“Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında”,
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

21. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Source link