Vergilər Nazirliyi daha iki şirkəti qeydiyyata alıb.
ÇıxışYolu.Com-a Vergilər Nazirliyindən verilən məlumata görə, “Competo” MMC dövlət qeydiyyatına alınıb.
Yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Mircamal Hafiz oğlu Paşayevdir (holdinqin rəhbəri-red.).
Bundan əlavə “Prolub” MMC də dövlət qeydiyyatına alınıb. Bildirək ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 3, məhəllə 534, mənzil 33, nizamnamə kapitalı 255 min manat, qanuni təmsilçisi isə Kamal Bəhram oğlu Rəhimovdur.