Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər etməyə hazırlaşır.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə ölkənin XİN rəhbəri Zoqrab Mnaçakanyan Ermənistanın Azadlıq radiostansiyasının efirində deyib.
“Ermənistan baş naziri artıq ilk səfərlərinə başlayıb. Bu həftə o Gürcüstana baş çəkib, və bu baş nazirin xarici əlaqələr üzrə gündəmində vacib rol oynayır. Əlbəttə ki, istiqamətlərdən biri də ABŞ-dır”, – Mnaçakanyan bildirib.
“Biz həmçinin ABŞ və digər ölkələrdən tərəfdaşları öz ölkəmizdə görməyə məmnun olacağıq”, – nazir qeyd edib.