Paşinyan: Azərbaycan prezidenti ilə danışıqlara hazıram

Paşinyan: Azərbaycan prezidenti ilə danışıqlara hazıram

Baxış sayı: 2. 385 dəfə baxılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, o, Azərbaycan prezidenti ilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq istədiyini, buna qədər isə effektivliyin artırılması üçün hər şey etmək lazım olduğunu vurğulayıb.

Paşinyan həmçinin, əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

www.ÇıxışYolu.Com