Paşinyan: “Azərbaycanla razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə
sadiqik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz əvvəllər dəfələrlə bildirdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsip
əsasında sülh gündəliyinə sadiq qalırıq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyində səfirlər
üçün keçirilən Yeni il qəbulunda deyib.
“Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən
hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir”, –
Paşinyan qeyd edib.